Cümə axşamı, May 14, 2026
Google search engine
EvCəmiyyətBakıda restoranda yanğın baş verib - FOTO

Bakıda restoranda yanğın baş verib – FOTO

Bakının Binəqədi rayonunda yanğın baş verib.

Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə Biləcəri dairəsi yaxınlığında, Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı “Qoşa çinar” restoranında qeydə alınıb.

Bildirilir ki, yanğın restoranın manqal üçün nəzərdə tutulmuş tüstü bacasından başlayıb. Sonradan yanğının sahəsi artıb və elektrik enerjisi kəsilib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının genişlənməsinin qarşısı alınıb. Yanğın yanğındanmühafizə bölmələri tərəfindən söndürülüb.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments