Cümə axşamı, May 14, 2026
Google search engine
EvDünyaABŞ-da tornado can aldı

ABŞ-da tornado can aldı

ABŞ-ın cənubunda özü ilə tornado qasırğasını gətirən güclü tufan nəticəsində azı üç nəfər ölüb, 10-dan çox insan yaralanıb.

NBC telekanalı təbii fəlakət barədə yerli hakimiyyət orqanlarına istinadən məlumat verib.

Rəsmi xəbərə əsasən, tornado qasırğası Luiziana ştatında bir, Alabama ştatında isə iki nəfərin həyatına son qoyub.

CNN məlumat verir ki, ötən gündən başlayaraq ABŞ-ın cənub regionlarında 20-dən çox tornado qasırğası qeydə alınıb. Yerli qurumlar ehtimal edir ki, qurbanların sayı rəsmi rəqəmlərdə göstərilənlərdən dəfələrlə çoxdur. Xilasetmə dəstələri hava şəraiti ilə əlaqədar fəlakətin ciddi ziyan vurduğu ərazilərə gedə bilmirlər.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments