Cümə axşamı, May 14, 2026
Google search engine
EvKriminalYasamalda toyda dava baş verdi: 37 yaşlı kişi ağır xəsarət aldı

Yasamalda toyda dava baş verdi: 37 yaşlı kişi ağır xəsarət aldı

Yasamal rayonunda toyda dava zamanı 1 nəfər xəsarət alıb.

Hadisə “Ağ Çiçəyim” restoranında baş verib.

Restoranda keçirilən toy məclisində qonaqlar arasında mübahisə yaranıb. 1982-ci il təvəllüdlü Məmmədov Ruslan İman oğlu qonaqlardan biri ilə dava zamanı döyülərək ağır xəsarət alıb.

Yaralı 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. R.Məmmədova üz və burun sümüklərinin sınığı diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsində araşdırma aparılır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments