Cümə, May 15, 2026
Google search engine
EvCəmiyyətQubanın Xınalıq və Qrız kəndlərində temperatur mənfi 12 dərəcəyədək enib

Qubanın Xınalıq və Qrız kəndlərində temperatur mənfi 12 dərəcəyədək enib

Yanvarın 15-i axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti kəskin dəyişib, bəzi yaşayış məntəqələrinə qar yağıb.

Qubanın Xınalıq və Qrız kəndində qarın hündürlüyü 13 santimetr, Xaltan kəndində 5 santimetr, rayon mərkəzində isə 3 santimetr təşkil edib. Qusarda 4 santimetr, Xızının Altıağac qəsəbəsində isə qarın hündürlüyü 5 santimetrə çatıb.

Ən aşağı temperatur isə Qubanın Xınalıq və Qrız kəndlərində qeydə alınıb. Burada temperatur mənfi 12 dərəcəyədək enib.

\AZƏRTAC

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments