Cümə, May 15, 2026
Google search engine
EvCəmiyyətBakıda maşın vəzifəli şəxsin üstündən keçdi - TƏFƏRRÜAT

Bakıda maşın vəzifəli şəxsin üstündən keçdi – TƏFƏRRÜAT

Yanvarın 13-də axşam saatlarında Xəzər rayonu Binə qəsəbəsində baş vermiş ağır yol nəqliyyat-hadisəsi nəticəsində vəfat edən şəxsin Ədliyyə Nazirliyinin əməkdaşı olduğu ortaya çıxıb.

Publika.az xəbər verir ki, qəsəbədə yerləşən “Rəşad” yanacaqdoldurma məntəqəsinə yanacaq gətirən yük avtomobilinin üzərindən keçdiyi 1973-cü il təvəllüdlü Ağayev Mayil Ağəli oğlu Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsinin komendantı olub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi açılıb.

Bildirilir ki, hadisə M.Ağayev yolun kənarında dayanarkən baş verib. Hadisə nəticəsində onun bədəni hissələrə ayrılıb.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments