Cümə axşamı, May 14, 2026
Google search engine
EvCəmiyyət14 min ədəd siqaretin ölkəyə keçirilməsinin qarşısı alınıb

14 min ədəd siqaretin ölkəyə keçirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi “VAZ 21 07” markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Komitədən verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacağının gizli saxlanc yerlərində xüsusi qaydada hazırlanan paketdə gömrük nəzarətindən gizlədilən, üzərində “King” yazılan 14 000 ədəd siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments