Cümə axşamı, May 14, 2026
Google search engine
EvCəmiyyətBakıda bəzi avtobusların hərəkət trayektoriyası dəyişəcək

Bakıda bəzi avtobusların hərəkət trayektoriyası dəyişəcək

20 yanvar faciəsinin 30-cu ildönümü günü Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsinin yad edilməsi məqsədilə keçiriləcək anım tədbiri ilə əlaqədar Parlament prospekti Şəhidlər Xiyabanı istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Qeyd edilib ki, sözügedən küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası da səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək.

Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments