Cümə axşamı, May 14, 2026
Google search engine
EvCəmiyyətBakı məktəbində valideyn nəzarətçini döydü

Bakı məktəbində valideyn nəzarətçini döydü

Bakıda məktəb nəzarətçisi valideyn tərəfindən döyülüb.

Median.Az “report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən 251 saylı tam orta məktəbində qeydə alınıb.

Belə ki, həmin məktəbdə oxuyan şagirdlərdən birinin valideyni F.K. (qadın) dərs zamanı otağa daxil olmaq istəyib.

Bu zaman məktəbin nəzarətçisi, 1984-cü il təvəllüdlü X.Həsənova onu içəri buraxmayıb.

Nəzarətçi ilə mübahisə edən valideyn ona hücum edərək saçından tutub.

Yaxınlıqda olan digər şəxslər onları ayırıb.

Daha sonra X.Həsənova bu barədə hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments