“Azərişıq” ASC-nin əməkdaşı iş başında yandı

Gəncədə “Azərişıq” ASC-nin əməkdaşı iş başında ağır yanıq xəsarətləri alıb.

1983-cü il təvəllüdlü İlkin Məsim oğlu Abbasov şəhərin İnşaatçılar küçəsində elektrik naqillərində yaranmış nasazlığı aradan qaldırarkən naqillərdə alışma baş verib.

Nəticədə ASC-nin əməkdaşı ağır yanıq xəsarəti alıb.

Xəstəxanaya çatdırılan elektrikə 3 və 4-cü dərəcəli texniki termik yanığı diaqnozu qoyulub.

Vəziyyəti ağır olduğu üçün İ.Abbasov Bakıdakı xəstəxanalardan birinə göndərilir.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *