Cümə, May 15, 2026
Google search engine
EvKriminalSumqayıtda mənzildən 10 min manatlıq oğurluq olub

Sumqayıtda mənzildən 10 min manatlıq oğurluq olub

Sumqayıt şəhərində mənzildən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayonunda qeydə alınıb.

Şəhər sakini Həsənova Afət Musa qızına məxsus yaşayış evinə daxil olan naməlum şəxs və ya şəxslər yataq otağından qızıl-zinət əşyaları oğurlayıblar.

A.Həsənova bildirib ki, birinci mərtəbədə yerləşən mənzilə oğrular giriş qapısını açarla açaraq giriblər. Oğurluq baş verən zamanı ev sahibi Lənkəran rayonunda yas mərasimində olub.

Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində polis tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments