Cümə axşamı, May 14, 2026
Google search engine
EvCəmiyyətVelosiped oğurlayan keçmiş məhkum ələ keçdi

Velosiped oğurlayan keçmiş məhkum ələ keçdi

450 manat dəyərində velosipedi oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng Mərkəzinə aprelin 19-da gecə saatlarında Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində yerləşən mənzillərdən birinin qarşısından 450 manat dəyərində velosipedin oğurlanması barədə məlumat daxil olub.

Məlumat əsasında Yasamal Rayon Polis İdarəsinin və 29-cu Polis Şöbəsinin əməkdaşları birgə əməliyyat-axtarış tədbiri həyata keçirib.

K.Kərimova məxsus velosipedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Ə.Abdullayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, Ə.Abdullayev əvvəllər Cinayət Məcəlləsinin 315-ci maddəsi (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə məhkum olunub.

Faktla bağlı araşdırma aparılır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments