Cümə axşamı, May 14, 2026
Google search engine
EvDünyaWhatsApp-da daha bir yenilik gözlənilir7

WhatsApp-da daha bir yenilik gözlənilir7

WhatsApp messencerində yeni funksiya yaradılacaq.

Mediab.Az ted.az-a istinadən bildirir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Bildirilir ki, yeni funksiya istifadəçilərə mesajları tarixə görə axtarmağa imkan verəcək. Hazırda messencerdə axtarış funksiya mövcuddur, lakin istifadəçilər müəyyən bir tarixdə göndərilən və ya qəbul edilən mesajı tapmaqda çətinlik çəkirlər.

Yeni funksiya işə düşdükdən sonra istifadəçilər mesajın göndərilmə və ya qəbul tarixini yazaraq istədikləri mətni tez bir zamanda tapa biləcəklər.

Qeyd edilir ki, hazırda yeni funksiya alfa-test mərhələsindədir. Yeni funksiyanın işə düşəcəyi tarix hələki məlum deyil.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments