Cümə, May 15, 2026
Google search engine
EvCəmiyyətSahil qəsəbəsində iki avtomobil toqquşdu, xəsarət alan var

Sahil qəsəbəsində iki avtomobil toqquşdu, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə hadisə Sahil qəsəbəsində, “Mayak” adlanan ərazidə hərbi hissənin yanında qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü Musayev Vasif İkram oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments