Cümə axşamı, May 14, 2026
Google search engine
EvCəmiyyətƏfv Komissiyasının fəaliyyəti ilə bağlı şübhələr araşdırılacaq

Əfv Komissiyasının fəaliyyəti ilə bağlı şübhələr araşdırılacaq

“Əfv Komissiyasının bundan əvvəlki tərkibində bir sürücü böyük bir səlahiyyətə malik olubsa, bu, olduqca ciddi məsələdir”.

Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin iclasında bildirib.

O qeyd edib ki, deputat Elman Nəsirovun fikirlərindən sonra böyük jurnalist araşdırmaları başlayacaq.

“Bu məsələ araşdırılmalıdır. Bilmirəm bundan sonra həmin şəxsi əfv etmək mümkün olacaq, ya yox”, – deyə Z.Oruc əlavə edib.

Deputat Elman Nəsirov komitənin iclasında deyib ki, Əfv Məsələləri Komissiyasının bundan əvvəlki tərkibində qeyri-qanuni addımlar atılıb.

Onun sözlərinə görə, Komissiyanın üzvlərindən birinin sürücüsü insanlara yaxınlaşıb həbsdə olan adamların əfv siyahısına düşməsini təklif edib.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments