Cümə axşamı, May 14, 2026
Google search engine
EvCəmiyyətAbşeronda sakinlər pulla da zibillərdən qurtula bilmirlər - FOTO

Abşeronda sakinlər pulla da zibillərdən qurtula bilmirlər – FOTO

Abşeron rayonu, Mehdiabad qəsəbəsində məişət tullantıları təmizlənmir.

Bu barədə Oxu.Az-a sakinlər məlumat verib.

Bildirilib ki, qəsəbənin əsas küçələri hərdən təmizlənir:

“Zibillərin təmizlənməsi üçün hər ay ödənişlər edilsə də, ara küçələr təmizlənmir”.

Abşeron Rayon İcra Hakimiyyətindən Oxu.Az-a bildirilib ki, Mehdiabad qəsəbəsində həm əsas küçələr, həm də məhlə daxili küçələr məişət tullantılarından təmizlənir:

“Mehdiabad bələdiyyəsi tərəfindən əsas küçə və prospektlər gündəlik olaraq, daxili küçələr isə tutulmuş qrafikə uyğun olaraq günaşırı, “qapıdan götürmə” prinsipi ilə sakinlərin qapısından götürülərək ərazi məişət tullantılarından təmizlənir”.




RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments