Cümə axşamı, May 14, 2026
Google search engine
EvCəmiyyətBakıda yeniyetmə qardaşına görə intihara cəhd etdi

Bakıda yeniyetmə qardaşına görə intihara cəhd etdi

Bakının Xətai Rayon 37-ci Polis Bölməsinin əməkdaşları 15 yaşlı qızın intihara cəhd faktını araşdırırlar.

Bu barədə Oxu.Az-a rayon polis şöbəsindən məlumat daxil olub.

Hadisə sentyabrın 20-si, saat 20:00-da baş verib. 2005-ci il təvəllüdlü N.D. şüşə qırığı ilə qollarındakı venalarını kəsərək intihara cəhd edib. Xoşbəxtlikdən, yeniyetmə sağ qalıb.

Polis qeyd edib ki, ilkin dindirilmə zamanı zərərçəkmiş ifadə verərək, 1995-ci il təvəllüdlü ögey qardaşının daim onu təhqir etdiyini deyib. Bu səbəb onu intihara sövq edib.

Hazırda hadisənin təfərrüatları araşdırılır. Faktla bağlı cinayət işi hələ başlanmayıb.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments