Cümə axşamı, May 14, 2026
Google search engine
EvDünyaABŞ İranın 18 bankına sanksiya tətbiq edib

ABŞ İranın 18 bankına sanksiya tətbiq edib

ABŞ hökumətinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) İran iqtisadiyyatına qarşı tədbirlər çərçivəsində oktyabrın 8-də bu ölkənin 18 iri bankına qarşı sanksiya tətbiq edib.

“Report” qurumun məlumatına istinadən xəbər verir ki, bunlardan 16-sı İran maliyyə sektorunda apardıqları əməliyyatlara, 1-i sanksiya altındakı bankın mülkiyyətində və ya nəzarətində olduğuna, 1-i isə İranın hərbi sisteminə bağlılığına görə məhdudlaşdırıcı tədbirlərə məruz qalıb.

ABŞ-ın maliyyə naziri Steven Mnuçun sözügedən bankların qanunsuz dollar hesablaşmalarını dayandırmaq barədə öhdəliyi pozduqlarını bildirib: “Bizim sanksiya proqramımız İran terrorçuluğa dəstəyinə son verənə və nüvə proqramını dayandırana qədər davam edəcək”

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments