Cümə axşamı, May 14, 2026
Google search engine
EvKriminalBakıda kişi qardaşını amansızlıqla qətlə yetirdi

Bakıda kişi qardaşını amansızlıqla qətlə yetirdi

Oktyabrın 14-də, saat 21 radələrində 1991-ci il təvəllüdlü Məmmədzadə Mirvaqif Elçin oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Binəqədi Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, daxil olan müraciət əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı Mirhəbib Məmmədzadənin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək, Mirvaqif Məmmədzadəni qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Mirhəbib Məmmədzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments