Cümə axşamı, May 14, 2026
Google search engine
EvKriminalAstarada ər arvadını bıçaqladı

Astarada ər arvadını bıçaqladı

Astara rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Böyük Şahağacı kəndində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü kənd sakini Amalya Ramiz qızı Zəkiyeva çoxsaylı kəsilmiş-deşilmiş yaralarla Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstənin sözlərinə görə, o, ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb. Yaralıya sol kürək, boğaz, sinə və sağ çiyin nahiyəsindən kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments