Çərşənbə, May 13, 2026
Google search engine
HomeCəmiyyətBakıda məşhur kitab mağazasından oğurluq edən yeniyetmələr saxlanıldı - VİDEO

Bakıda məşhur kitab mağazasından oğurluq edən yeniyetmələr saxlanıldı – VİDEO

Paytaxtın Səbail rayonunda fevralın 15-də kitab mağazasından bir ədəd mobil telefon və 120 manat oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlinin üç yeniyetmə tərəfindən törədilməsi məlum olub.

Oğurlanan telefon maddi sübut kimi aşkarlanaraq götürülüb.

Oğurluqda şübhəli bilinən şəxslərlə bağlı müvafiq araşdırmalar davam etdirilir.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments