Cümə, May 15, 2026
Google search engine
EvDünyaErmənistan müxalifəti prezidentlə görüş üçün şərt qoydu

Ermənistan müxalifəti prezidentlə görüş üçün şərt qoydu

Ermənistan müxalifətinin yaratdığı “Vətənin xilası uğrunda hərəkat” ölkədə mövcud vəziyyəti stabilləşdirmək üçün prezident Armen Sarkisyanla görüşə hazırdır.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə “Daşnaksutyun” Partiyasının nümayəndəsi, hərəkatın əlaqələndiricisi İşxan Saqatelyan bildirib.

“Hərəkatın üzvləri prezident, baş nazir və parlament fraksiyaları ilə görüşməyə hazırdır, ancaq Paşinyanın (Ermənistanın baş naziri Nikol Paşinyan – Report) istefası üçün yol xəritəsini müzakirə etmək üçün”-deyə, o bildirib.

Onun sözlərinə görə, baş nazirin istefasından sonra erkən parlament seçkilərinin keçirilməsi müvəqqəti hökumət qurulmalıdır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments