Cümə axşamı, May 14, 2026
Google search engine
EvCəmiyyətXətaidə istilik xəttində sızıntı baş verdi, evləri su basdı

Xətaidə istilik xəttində sızıntı baş verdi, evləri su basdı

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti Xətai rayonu, Mirzə Davud küçəsində qurumun istilik xəttində sızıntı nəticəsində bir sıra yaşayış evlərin və zirzəmilərin su basması ilə bağlı məsələyə münasibət bildirib.

Qurumun Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, küçədən keçən istilik xəttində su sızıntısı baş verib:

“Sözügedən ərazidə evlər qanunsuz şəkildə mühafizə zonasında inşa edilib. Oradakı magistral istilik kəməri 198 yaşayış binası, sosial müəssisələr və məktəbi istiliklə təmin edir. Ərazidə sızıntının qarşısını almaq üçün müəyyən bərkitmə işləri aparılıb”.

R.Əliyev qeyd edib ki, Mirzə Davud küçəsində su axıntısının qarşısını almaq üçün su şəbəkədən boşaldılmalıdır.

“Əgər bu edilsə, orada olan yaşayış binası, sosial müəssisələrdə istilik olmayacaq. Hazırda müvəqqəti tədbirlər görülüb. Hava mülayimləşən zaman tam tədbir görüləcək”.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments