Cümə axşamı, May 14, 2026
Google search engine
EvCəmiyyətAzərbaycana daha 4 milyon doza vaksinin gətirilməsi nəzərdə tutulur

Azərbaycana daha 4 milyon doza vaksinin gətirilməsi nəzərdə tutulur

Koronavirus əleyhinə daha 4 milyon doza vaksinin Azərbaycana gətirilməsi nəzərdə tutulur.

Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında deyib.

Ə.Əmiraslanov bildirib ki, Azərbaycanda koronavirusa qarşı sistemli tədbirlər həyata keçirilir.

O qeyd edib ki, qısa müddət ərzində Azərbaycanda modul tipli xəstəxanalar fəaliyyətə başladı, mövcud xəstəxanalar koronavirusla mübarizəyə cəlb olundu: “Xarici mütəxəsislər də daxil olmaqla ümumilikdə ölkəmizdə koronavirusla mübarizə 44 mindən artıq səhiyyə işçisi cəlb olunub”.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments