Çərşənbə, May 13, 2026
Google search engine
HomeCəmiyyətTəhsil Nazirliyi döyüldüyü iddia edilən şagirdlə bağlı hərəkətə keçdi

Təhsil Nazirliyi döyüldüyü iddia edilən şagirdlə bağlı hərəkətə keçdi

Təhsil Nazirliyi Bakıda Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində müəllimin şagirdi döyməsi ilə bağlı məsələyə münasibət bildirib.

Qurumdan oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, iddia ilə bağlı araşdırma aparılır:

“Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, “Report”un yaydığı xəbərə görə, şagirdi döydüyü bildirilən 55 yaşlı Q.Qasımov adlı müəllimlə bağlı Nərimanov rayon 16-cı Polis Bölməsində araşdırmalara başlanılıb.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments