Cümə, May 15, 2026
Google search engine
EvCəmiyyətAzərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI: 30-dan çox ölən var - FOTO

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI: 30-dan çox ölən var – FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 293 yeni yoluxma faktı qeydə alınıb, 2 071 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

Azərbaycanda indiyədək cəmi 291 894 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 255 833 nəfər müalicə olunaraq sağalıb, 4 009 nəfər vəfat edib, aktiv xəstə sayı 32 052 nəfərdir.

Ölkədə son sutka ərzində 14 086, hazırkı dövrədək isə 3 054 472 test aparılıb.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments