Şənbə, May 16, 2026
Google search engine
EvİdmanMillimizin qapıçısı zədələndi

Millimizin qapıçısı zədələndi

Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev ağır zədə alıb.

“Report”un məlumatına görə, 27 yaşlı qolkiper rəqib hücumçu Amil Yunanovla toqquşub. Forvardın ayağı Məhəmmədəliyevin başına dəyib.

Başı yarılan qapıçı görüşə davam ede bilməyib. Onun yerinə 30-cu dəqiqədə Emil Balayev daxil olub.

Əsəblərini cilovlaya bilməyən qolkiper birbaşa paltardəyişmə otağına yollanıb.

Qeyd edək ki, qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb. Daha əvvəl “Qarabağ”ın heyətində Filip Ozobiç 13-cü dəqiqədə zədələnərək, meydanı tərk edib.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments