Cümə, May 15, 2026
Google search engine
EvDünya"British Airways" bu il 1 milyard avro itirib

“British Airways” bu il 1 milyard avro itirib

Böyük Britaniyanın “British Airways” aviaşirkəti 2021-ci ilin birinci rübündə 1,14 milyard avro gəlir itirib.

Median.Az Trend-ə istinadən bildirir ki, bu barədə “International Airlines Group” şirkətinin hesabatında deyilir.

Qeyd olunur ki, bu ilin ilk üç ayı ərzində aviaşirkətin yüklənmə səviyyəsi 2019-cu il göstəricilərinin 20 faizinə bərabər olub. İkinci rübdə bu göstəricinin 25 faizədək artacağı proqnozlaşdırılır.

Tərkibinə “British Airways”, İspaniyanın “Iberia” və İrlandiyanın “Aer Lingus” aviaşirkətlərinin daxil olduğu “International Airlines Group” şirkəti 2020-ci il ərzində 4,37 milyard avro məbləğində itki ilə üzləşdiyini açıqlayıb.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments