Cümə, May 15, 2026
Google search engine
EvCəmiyyətİşğaldan azad edilən ərazilərə keçməyə cəhd edən çobanlar saxlanılıb

İşğaldan azad edilən ərazilərə keçməyə cəhd edən çobanlar saxlanılıb

Ağdamda işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən daha 5 nəfər müəyyən edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Məlumata görə, mayın 13-ü səhər saat 6 radələrində polis əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı xırdabuynuzlu heyvanları otarmaq məqsədi ilə Hacıməmmədli kəndi ərazisindən Ağdam rayonunun işğaldan azad edilmiş ərazisinə keçməyə cəhd göstərən daha 5 nəfər saxlanılıb.

Həmin şəxslər saxlanıldıqdan sonra polis şöbəsinə gətirilib və onların barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments