Cümə axşamı, May 14, 2026
Google search engine
EvCəmiyyətQarasuçay yatağını istismar edəcək şirkət bəlli oldu

Qarasuçay yatağını istismar edəcək şirkət bəlli oldu

Faydalı qazıntıların istifadəsi ilə bağlı növbəti hərrac keçirilib.

İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə məlumatına əsasən, faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərraca Qarasuçay qum-çınqıl yatağı çıxarılıb.

17 may tarixində keçirilmiş hərracda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “54 saylı Yol İstismarı” MMC LOT-2 üzrə Qarasuçay qum-çınqıl yatağından 225 min kubmetr olan yer təki sahəsindən istifadə hüququ qazanıb.

Qeyd edək ki, hərracla bağlı İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri və Goranboy Rayon İcra Hakimiyyətinin əməkdaşlarından ibarət Ekspert Komissiyası yaradılıb.

Yaxın zamanlarda növbəti hərracların keçirilməsi planlaşdırılır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments