Cümə axşamı, May 14, 2026
Google search engine
EvİqtisadiyyatAzərbaycan Gürcüstanın ikinci əsas elektrik enerjisi təminatçısı olub

Azərbaycan Gürcüstanın ikinci əsas elektrik enerjisi təminatçısı olub

Bu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 499,2 milyon kilovatt/saat elektrik enerjisi idxal edib.

Bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilib.

Sənədə əsasən, illik müqayisədə həcm 22 % artıb.

Hesabat dövründə Azərbaycan qonşu ölkənin elektrik enerjisinə olan tələbatının 29,41 %-ni ödəyib. Gürcüstanın idxal etdiyi ümumi həcm 1 697,3 milyon kilovat/saat təşkil edib.

İlk dörd ayda Gürcüstanın əsas elektrik enerjisi tədarükçüsü Rusiya (1 037 milyon kilovatt/saat) olub. Qonşu ölkə Türkiyədən isə 161,2 milyon kilovatt/saat həcmində elektrik enerjisi alıb.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments