Cümə axşamı, May 14, 2026
Google search engine
EvCəmiyyətDiasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Gürcüstana gedib

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Gürcüstana gedib

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Gürcüstanda səfərdədir.

Qurumdan verilən məlumata görə, Komitə Azərbaycandan kənarda yaşayan hər bir soydaşımızla bağlı məsələlərə həssaslıqla yanaşır və onların problemlərini daim diqqət mərkəzində saxlayır.

Nümayəndə heyətinə Komitə sədrinin müavini Vaqif Seyidbəyov rəhbərlik edir.

Səfər çərçivəsində soyadaşlarımızın kompakt yaşadığı ərazilərdə görüşlər keçirilir, onların problemləri dinlənilir, dostluq və mehribanlıq şəraitində yaşamaq, ümumi fəaliyyət göstərmək istiqamətində danışıqlar aparılır.

Nümayəndə heyətinin Gürcüstanın bir sıra dövlət orqanlarında görüşləri planlaşdırılıb.

Xatırladaq ki, mayın 16-da Gürcüstanın Dmanisi şəhərində azərbaycanlılar və svanlar arasında qarşıdurma yaranıb. Buna Dmanisinin “9 aprel” küçəsi 23-də yerləşən azərbaycanlı ailəyə məxsus “Ömər” marketə kütləvi hücum səbəb olub.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments