Cümə axşamı, May 14, 2026
Google search engine
EvDünyaMaldiv adaları yox ola bilər

Maldiv adaları yox ola bilər

Əsrin sonlarına doğru Maldiv adaları yox ola bilər.

CNBC məlumat verir ki, bunu ölkənin ətraf mühit və texnologiyalar naziri Aminat Şauna bəyan edib.

O, bildirib ki, təbiətə indiki qədər zərər verilməyə davam ediləcəyi təqdirdə, 2100-ci il üçün Maldiv adaları yer üzündən silinə bilər. Nazirin sözlərinə görə, iqlim dəyişiklikləri getdikcə daha da real xarakter alır və Maldiv bu sahədə dünyanın ən həssas ölkəsidir. Belə ki, ölkə ərazisinin 80%-i dəniz səviyyəsindən yalnız bir metr yüksəklikdə yerləşir.

Hazırda adaların əksər hissəsində subasma halları və sahil xəttinin eroziyası müşahidə olunur.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments