Həmkəndlisini hədələdikdən sonra ov tüfəngini polisə təhvil verdi

Lənkəran rayonunda xuliqanlıq hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə Boladi kəndi ərazisində kənd sakini S.Bağırovun xuliqanlıq zəminində həmkəndlisi Ş.Nəsirovu ov tüfəngi ilə hədələməsi barədə məlumat daxil olub.

Aparılan profilaktik tədbirlər nəticəsində S.Bağırov müvafiq sənədləri olmayan TOZ-16 markalı ov tüfəngini könüllü olaraq polisə təhvil verib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *