Cümə axşamı, May 14, 2026
Google search engine
EvCəmiyyətNATO ölkələrinin hərbi xərcləri daha da artacaq

NATO ölkələrinin hərbi xərcləri daha da artacaq

NATO üzvü olan 30 ölkənin məcmu müdafiə məsrəfləri cari ildə 4,1 faiz artaraq 1 trilyon ABŞ dolları həddini keçəcək.

Bu barədə NATO üzv ölkələrinin 2014-2021-ci illər ərzində müdafiə məsrəflərinə dair hesabatında bildirilir.

Hesabata görə 2020-ci ildə üzv ölkələrin məcmu müdafiə məsrəfləri 3,5 faiz artaraq 1.027 milyard dollar təşkil edib.

Bu il 30 üzv ölkənin 10-u müdafiə məqsədlərinə ÜDM-nin 2 faizindən artığını sərf edəcək. O cümlədən Yunanıstanda bu rəqəm 3,82 faiz, ABŞ-da 3,52 faiz təşkil edəcək. 30 üzv ölkənin məcmu müdafiə məsrəflərinin cari ildə 1,05 trilyon dollar təşkil edəcəyi gözlənilir.

///Report

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments