Cümə axşamı, May 14, 2026
Google search engine
EvİdmanBuffon B seriyasında çıxış edəcək

Buffon B seriyasında çıxış edəcək

İtaliya milli komandasının sabiq qapıçısı Canluici Buffon “Parma” klubu ilə iki illik müqaviləyə imza atacaq.

Bu barədə məlumatı məşhur idman jurnalisti Nikola Skira özünün “Twitter” səhifəsində yazıb.

“Artıq razılıq əldə edilib və təsdiqlənib. Buffon “Parma”ya qayıdır. O, bu həftə klubla 2023-cü ilə qədər nəzərdə tutulan müqaviləyə imza atacaq”, – Jurnalist qeyd edib.

C.Buffon 1995-2001-ci illərdə “Parma”nın formasını geyinib.

Xatırladaq ki, “Parma” ötən mövsüm İtaliya çempionatının turnir cədvəlində sonuncu yerdə qərarlaşıb və klub ikinci diviziona yuvarlanıb.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments