Çərşənbə, May 13, 2026
Google search engine
HomeDünyaDaha bir ölkədə 12-15 yaşlı uşaqların vaksinasiyasına icazə veriləcək

Daha bir ölkədə 12-15 yaşlı uşaqların vaksinasiyasına icazə veriləcək

Danimarka Səhiyyə İdarəsi 12-15 yaş arası uşaqlara koronavirus əleyhinə peyvənd vurdurmaq imkanı yaratmağa qərar verib.

Bu barədə TASS xəbər yayıb.

Bunun sentyabr ayında – 16 yaşlıların vaksinasiyası bitdikdən sonra olması gözlənilir.

Səhiyyə qurumu immunizasiyaya başlamazdan əvvəl beynəlxalq təcrübə, həmçinin uşaqların və gənclərin aşılanmasının təhlükəsizliyi ilə bağlı məlumatları öyrənəcək.

Xatırladaq ki, Yaponiya da analoji addıma hazırlaşırdı. Həmçinin Qida və Dərman İdarəsi (FDA) ABŞ-da 12-15 yaşlı yeniyetmələr üçün “Pfizer” peyvəndinin istifadəsini təsdiqləyib.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments