Cümə axşamı, May 14, 2026
Google search engine
EvCəmiyyətŞarja ilə Bakı arasında birbaşa aviareyslər açılır

Şarja ilə Bakı arasında birbaşa aviareyslər açılır

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Air Arabia” aviaşirkəti Azərbaycana uçuşları bərpa edir.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Şarja ilə Bakı arasında birbaşa aviaresylər iyulun 11-də bərpa edilir.

Artq bu istiqamətdə biletlər satışa çıxarılıb.

Qeyd edək ki, hazırda “Fly Dubai” aviaşirkəti Bakı-Dubay-Bakı istiqamətində aviareyslər həyata keçirir.

Həftədə 5 dəfə bazar ertəsi və çərşənbə günləri istisna olmaqla digər günlər həyata keçirilir. Gediş haqqı “ekonom klass”da gediş-gəliş daxil olmaqla təqribi 690-750 manatdan başlayır, “biznes-klass” da isə gediş-gəliş təqribən 4 700 manatdan başlayır.

Bakıdan Dubaya həmçinin “Azərbaycan Hava Yolları” QSC (AZAL) həftənin bazar ertəsi və cümə günləri aviareyslər yerinə yetirir. “Ekonom klass”da gediş-gəliş daxil olmaqla 695 manatdan başlayaraq biletlərin satışı həyata keçirilir.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments