Cümə, May 15, 2026
Google search engine
EvKriminalKürdəmirdə münaqişə ölümlə nəticələndi

Kürdəmirdə münaqişə ölümlə nəticələndi

İyunun 22-i Ruslan Əsədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Kürdəmir Rayon Prokurorluğunda aparılan ilkin araşdırmalarla Ramazan Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Ruslan Əsədova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ramazan Qurbanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments