Cümə axşamı, May 14, 2026
Google search engine
EvCəmiyyətPakistanla Azərbaycan arasında birbaşa uçuşların başlanılması gözlənilir - RƏSMİ

Pakistanla Azərbaycan arasında birbaşa uçuşların başlanılması gözlənilir – RƏSMİ

“Tezliklə Pakistanla Azərbaycan arasında birbaşa uçuşlara başlanılması gözlənilir”.

“Report” xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının açılışında jurnalistlərə deyib.

Onun sözlərinə görə, Pakistan azərbaycanlı turistlərin ölkəni ziyarət etməsini, eləcə də pakistanlı turistlərin Azərbaycana daha çox gəlməsini arzulayır.

“Birbaşa uçuşların açılması təkcə turizmin deyil, həm də işgüzar əməkdaşlığın inkişafına töhfə verəcək”, – deyə səfir əlavə edib.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments