Cümə axşamı, May 14, 2026
Google search engine
EvKriminalİki dost qadına qarşı soyğunçuluq etdi - FOTO/VİDEO

İki dost qadına qarşı soyğunçuluq etdi – FOTO/VİDEO

Abşeronda qadına qarşı soyğunçuluq edilib.

Baku TV xəbər verir ki, vətəndaş İlhamə Məmmədova Mehdiabad Polis bölməsinə ərizə ilə müraciət edərək ona qarşı soyğunçuluq edildiyini bildirilib.

Dərhal əməliyyat qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib. Təhlükəsiz şəhər kameraları ilə həmin şəxslərin hadisə zamanı istifadə etdikləri avtomobil müəyyən edilib. İsti izlərlə 34 yaşlı Fərid Əliyev və tanışı 28 yaşlı Göyüş Vəliyev tutulublar. Araşdırma zamanı məlum olub ki, hadisəni Göyüş Vəliyev törədib. İçərisində 810 manat pul və bank kartları olan çantanı götürərək aradan çıxıb.

Hər iki şəxs barəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.





RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments