Cümə, May 15, 2026
Google search engine
EvCəmiyyətQubada motosikletçini vuran avtomobil sürücüsü hadisə yerindən qaçdı

Qubada motosikletçini vuran avtomobil sürücüsü hadisə yerindən qaçdı

Qubada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Fətəli Xan küçəsində qeydə alınıb.

Belə ki, “Hyundai Sonata” markalı avtomobil hərəkətdə olarkən, motosikletə arxadan çırpılıb. Hadisə şahidlərinin sözlərinə görə, avtomobilin sürücüsü hadisə yerindən uzaqlaşıb.

Motosikletin sürücüsü dəbilqədən istifadə etdiyindən yüngül xəsarətlər alıb.

Yaralı Quba Regional Diaqnostika Mərkəzinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments