Cümə axşamı, May 14, 2026
Google search engine
EvCəmiyyətAzərbaycanda iki radionun yayımı müvəqqəti dayandırılır

Azərbaycanda iki radionun yayımı müvəqqəti dayandırılır

Milli Televiziya və Radio Şurasının onlayn formatda iclası keçirilib.

İclasda 25 iyun – 9 iyul 2021-ci il tarixlərində ümum-ölkə radio kanallarının monitorinqinin nəticələri müzakirə olunub.

30 iyun 2021-ci il tarixdə “Araz” radio kanalının efirində saat 13.00 – 14.00 arası müddətdə 5 dəqiqə 30 saniyə sponsor reklamının yayımlanması ilə “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 13.2-ci maddəsinin tələbləri pozulub.

Şura “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsini rəhbər tutaraq “Araz” radio kanalının efirində 18 iyul 2021-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 21:00-dan saat 24:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

Həmçinin, 1 iyul 2021-ci il tarixdə “Space” radio kanalının efirində saat 08.00 – 09.00 arası müddətdə 5 dəqiqə sponsor reklamının yayımlanması ilə “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 13.2-ci maddəsinin tələbləri pozulub.

Şura “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsini rəhbər tutaraq “Space” radio kanalının efirində 17 iyul 2021-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 21:00-dan saat 24:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments