Cümə axşamı, May 14, 2026
Google search engine
EvCəmiyyətBakının işğaldan azad edilməsi münasibətilə hərbçilərin yürüşləri təşkil olunacaq

Bakının işğaldan azad edilməsi münasibətilə hərbçilərin yürüşləri təşkil olunacaq

Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə sentyabrın 15-i saat 10.00-da Bakı, Naxçıvan, Gəncə, Sumqayıt və Şuşa şəhərlərinin mərkəzi küçələrində “Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır” devizi altında hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Bakıda keçiriləcək yürüşlərə iki istiqamətdən – Şəhidlər Xiyabanından və 28 may küçəsindəki Səməd Vurğun bağından start götürüləcək.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments