Çərşənbə, May 13, 2026
Google search engine
HomeCəmiyyətMaskaya görə müdir barəsində cinayət işi başlandı

Maskaya görə müdir barəsində cinayət işi başlandı

Azərbaycanda müştəriləri tibbi maska taxmadan mağazaya buraxan market müdiri barəsində cinayət işi açılıb.

Hadisə Sumqayıt şəhərində qeydə alınıb.

Şəhərdə yerləşən “Hiper” marketin müdiri Mirpaşa Səfərəliyevin müştərilərin maska taxmamasına göz yumduğu müəyyənləşdirilib.

Nəticədə, onun barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Bu maddə ilə iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəza nəzərdə tutulur.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments