Azərbaycanın voleybol millisinin məşqçisi Türkiyə klubuna keçib

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin köməkçi məşqçisi Emin Əbilov karyerasını Türkiyədə davam etdirəcək.

Federasiyadan verilən məlumata görə, o, 2021/2022 mövsümündə Sultanlar Liqasında mübarizə aparacaq “Sarıyer Belediyespor” klubu ilə 1 illik müqavilə imzalayıb.

Əbilov sözügedən komandada da analoji vəzifəni tutacaq.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *