Rafael Nadal ABŞ-dəki turnirdə iştirak etməyəcək

İspaniyalı tennisçi Rafael Nadal ABŞ-də keçiriləcək İndian-Uells turnirində iştirak etməyəcək.

Bu barədə 37 yaşlı idmançı özü məlumat verib.

Təcrübəli tennisçi həftəsonu fiziki testlərdən keçsə də, hələlik bu mühüm yarışda yüksək səviyyədə çıxış etməyə hazır olmadığını bildirib: “Bu, asan qərar deyil. Amma özümə və minlərlə azarkeşə yalan danışa bilmərəm”.

Qeyd edək ki, Rafael Nadal ilin əvvəlində Avstraliya Açıq çempionatını zədə səbəbindən buraxmışdı. O, İndian-Uells turnirinin ilk turunda kanadalı Miloş Raoniçlə üz-üzə gəlməli idi.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *