UEFA Çempionlar Liqası matçı zamanı vəfat edən azarkeş Lüksemburq millisinin keçmiş baş məşqçisi olub

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda baş tutan “Bavariya” (Almaniya) – “Benfika” (Portuqaliya) matçı zamanı vəfat edən azarkeş Lüksemburqun qadınlardan ibarət yığmasının keçmiş baş məşqçisi olub.

Bu barədə “RTL.lu” məlumat yayıb.

“Bavariya” klubunun azarkeşi olan Romeyn Cin 2006-2012-ci illərdə Lüksemburqun qadınlardan ibarət komandasına rəhbərlik edib.

Qeyd edək ki, oyun zamanı halı pisləşən azarkeş ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılarkən yolda vəfat edib. Noyabrın 6-da keçirilən “Bavariya” – “Benfika” matçı Almaniya klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
//report

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *