Cümə axşamı, May 14, 2026
Google search engine
EvCəmiyyətAZAL-ın kapitan pilotundan AÇIQLAMA - VİDEO

AZAL-ın kapitan pilotundan AÇIQLAMA – VİDEO

“Təyyarə qəzası barədə sosial şəbəkələrə daxil olandan sonra öyrəndim”.

Median.Az xəbər verir ki, bunu Baku TV-nin “Baku Analitik” verilişində AZAL-ın kapitan pilotu Sərxan Məhərrəmov deyib.

O, hadisə baş verən gün sükan arxasında olduğunu bildirib:

“Hadisə baş verən gün mən “London Heathrow” Hava limanından Bakı istiqamətində uçuş həyata keçirmişəm. Enişdən sonra evə getdim. İstirahət etmək üçün mobil telefonumu söndürdüm. Telefonu açandan sonra çoxlu sayda zənglərin, mesajların gəldiyini gördüm. İlk öncə mənə çatmadı, nə baş verib. Sosial şəbəkələrə daxil olandan sonra vəziyyəti öyrəndim. Qəzanı biləndə dəhşətə gəldim. Elə bildim ki, bu, yuxudur, yuxu kimi gəldi mənə. Artıq sosial şəbəkələri vərəqlədikcə öyrəndim ki, həqiqətən də, çox dəhşətli bir qəza olub”, – deyə o bildirib.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments