Cümə axşamı, May 14, 2026
Google search engine
EvCəmiyyətBakıya gələn təyyarədə texniki nasazlıq: sərnişinlər uçmaqdan imtina etdi

Bakıya gələn təyyarədə texniki nasazlıq: sərnişinlər uçmaqdan imtina etdi

Bu gün səhər Krasnoyarskdan Bakıya uçmalı olan “İrAero” aviaşirkətinə məxsus təyyarədə texniki nasazlıq yaranıb.

Median.Az Modern.az-a istinadən xəbər verir ki, təyyarə havaya qalxmağa hazırlaşan zaman uçuş-enmə zolağında dayanıb.

Hadisə şahidlərinin dediyinə görə, təyyarənin kondisioner sistemi xarab olub. Təmirdən sonra o, yenidən uçuş-enmə zolağına qayıdıb.

Bildirilib ki, 3 saatdan artıq gözləyən sərnişinlərə əvvəlcə başqa təyyarə söz verilsə də, yenidən həmin təyyarə ilə uçmaq təklif olunub. Lakin sərnişinlər panikaya düşərək təyyarədən enməyə başlayıblar.

Sözügedən reyslə uçmaq istəyənlərin sayının 20-dən çox olduğu deyilir.

Krasnoyarsk hava limanının mətbuat xidmətindən bildirilib ki, sözügedən təyyarənin uçuş vaxtı hələ məlum deyil.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments