DİN-dən azyaşlının döyülərək görüntüsünün paylaşılması ilə bağlı AÇIQLAMA

Sumqayıtda azyaşlı qız döyülüb, videoya çəkilib, görüntülər sosial şəbəkədə paylaşılıb.

Hadisənin Sumqayıt ərazisində baş verdiyi və həmyaşıdına şiddət göstərən qızın da şəhər sakini olduğu iddia edilir.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Baku.ws-ə bildirib ki, sosial şəbəkələrdə azyaşlılar arasında baş verən mübahisəni əks etdirən görüntülərlə bağlı araşdırma aparılır:

“Tərəflər müəyyən olunub. Onlar polis orqanına dəvət olunublar. Polis əməkdaşları tərəfindən mübahisə ilə əlaqədar profilaktik tədbirlər davam etdirilir”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *